11 
Dek
2018
17:53
816
289
34634
Virtual karabakh

Heydər Əliyev babasının məzarını ziyarət edib - YENİLƏNİB + FOTO/VİDEO

11 Dek, 2018
17:53
34634

Heydər Əliyev babasının məzarını ziyarət edib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 11-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

Oxu.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Fəxri xiyabanda Ulu Öndərin məzarı önünə əklil qoyublar, xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

16:19

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin oğlu, əsgər Heydər Əliyev babası, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Oxu.Az xəbər verir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti, əsgər yoldaşları ilə birgə Fəxri Xiyabana gələrək Ümummilli liderin anım günü ilə əlaqədar onun məzarı önünə gül dəstələri düzüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev də ziyarətçilər arasında olub, Ümummilli liderin xatirəsinə ehtiramını bildirib.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri