12 
Dek
2018
10:09
1235
132
7048
Virtual karabakh

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - FOTO/VİDEO

12 Dek, 2018
10:09
7048

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Oxu.Az-ın məlumatına görə, prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra dövlət himni səslənib.

Prezident akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Ziyarətdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları, komitə, şirkət və idarə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 15 il keçir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri