13 
Dek
2018
11:36
94
158
2686
Virtual karabakh

Los-Ancelesdəki konsulluğumuz kimsəsizlərə yemək paylayıb - FOTO

13 Dek, 2018
11:36
2686

Los-Ancelesdəki konsulluğumuz kimsəsizlərə yemək paylayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Los-Anceles şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan geniş xeyriyyə aksiyası keçirilib. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Oxu.Az-a verilən məlumata görə, aksiyada bu şəhərdə yaşayan kimsəsiz və evsiz-eşiksiz şəhər sakinləri üçün süfrə açılaraq, isti yeməklər paylanıb.

Baş Konsulluğun təşəbbüsü və dəstəyilə keçirilən tədbir ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los-Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los-Ancelesdəki baş konsulu, Los-Anceles Konsulluq Korpusunun sədri Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los-Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Tədbirdən öncə baş konsul N.Ağayev “Los-Anceles Missiyası”nın rəhbərliyi ilə görüşüb. Görüş zamanı təşkilat rəhbərliyi bu xeyriyyə aksiyasına ev sahibliyi etməsindən məmnunluq ifadə edib və bu aksiyanın nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığı bildirilib.

Baş konsul N.Ağayev Ümummilli Lider Heydər Əliyevin ölkəmiz üçün əvəzsiz xidmətlərindən danışaraq, onun Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini bildirib.

Baş Konsulluğun dəvəti ilə xeyriyyə tədbirinə qatılan Los-Ancelesin xristian dini icmasının nüfuzlu xadimlərindən olan, ABŞ-ın Milli Latino Yevangelist Koalisiyasının vitse-prezidenti Valter Kontreras, Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib.

Aksiya çərçivəsində gün ərzində Los-Ancelesin 1000-dək kimsəsiz və evsiz-eşiksiz sakinlərinə yeməklər paylanılıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri