13 
Dek
2018
14:00
6
52
1580
Virtual karabakh

Parlamentarilər Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumuna qatılacaq

13 Dek, 2018
14:00
1580

Parlamentarilər Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumuna qatılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) İqtisadi  siyasət, sənaye  və sahibkarlıq  komitəsinin sədri Ziyad Səmədzadə Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumunda iştirak etmək üçün dekabrın 14-dən 17-dək Gürcüstanda səfərdə olacaq.

Oxu.Az xəbər verir ki, Gürcüstan hökuməti, parlamenti  və iqtisadi inkişaf üçün innovativ qrupun qlobal katibliyi ilə birgə təşkil olunan toplantıya BMT-nin maliyyələşdirmə ilə məşğul olan milli və  regional təşkilatlarının üzvləri, beynəlxalq inkişaf agentliklərinin və vətəndaş cəmiyyətinin nümayəndələri qatılacaqlar. 

Tədbirdə innovativ maliyyələşdirmənin təkmilləşdirilməsi, qlobal həmrəylik vergiləri və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində mərkəzləşdirilməmiş məlumat bazalarının yeniləşdirilməsi məsələləri müzakirə ediləcək.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri