13 
Dek
2018
12:05
41
26
3094
Virtual karabakh

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədi açıqlandı

13 Dek, 2018
12:05
3094

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatları Senatının Xarici əlaqələr Komitəsi bu gün Erl D.Litzenberqerin ABŞ-ın Azərbaycana, Linn Treysinin isə Ermənistana səfiri postuna namizədliyinin təsdiqlənməsi ilə bağlı səsvermə keçirəcək.

Oxu.Az xəbər verir ki, bu haqda Komitənin rəsmi internet səhifəsində məlumat dərc olunub.

İclasa komitənin sədri Bob Korker başçılıq edəcək.

Beynəlxalq Əlaqələr Komitəsi E.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyəcəyi təqdirdə, Senatda səsverməyə çıxarılacaq.

Erl Litzenberqerin Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələr bundan əvvəl oktyabr ayında Senatın Xarici işlər komitəsində aparılıb.

Litzenberqer bundan əvvəl Serbiya, Qırğızıstanda ABŞ diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub. Fransız, rus, serb və bolqar dillərində danışa bilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri