13 
Dek
2018
17:18
157
46
2395
Virtual karabakh

Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

13 Dek, 2018
17:18
2395

Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi, general-leytenant Kris Uaytkross ilə görüşüb.

Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qonağı salamlayan nazir regiondakı hərbi-siyasi vəziyyət, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Z.Həsənov Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini vurğulayaraq, bu istiqamətdə göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.

K.Uaytkross Müdafiə Kollecinin fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycana səfərdən məmnun qaldığını, göstərilən qonaqpərvərliyə, müxtəlif qurumlarda görüşlərin təşkilinə görə bütün heyət üzvləri adından müdafiə nazirinə minnətdarlığını bildirib.

Qonaq Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini qeyd edərək bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri