14 
Dek
2018
12:26
8
70
4703
Virtual karabakh

ABŞ-ın Azərbaycandakı səfiri haqqında nə bilirik?

14 Dek, 2018
12:26
4703

ABŞ-ın Azərbaycandakı səfiri haqqında nə bilirik?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatlarının Senatı Erl Litsenberqeri bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edib.

Oxu.Az-ın verdiyi məlumata görə, o, bu vəzifədə 2015-ci ildən bu ilin mart ayına qədər ABŞ-ın səfiri vəzifəsində çalışan Robert Sekutanı əvəz edib.

Ötən aylar ərzində isə səfir funksiyasını ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Uilyam Gil yerinə yetirib.

E.Litsenberqer Vermotda Midlberi kollecində tarix təhsili alıb və ABŞ hərbi ordu kollecində strateji araşdırmalar üzrə magistr dərəcəsinə yiyələnib. Müxtəlif dövrlərdə NATO yanında ABŞ missiyasının sədrinin köməkçisi vəzifəsində, ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində çalışıb. E.Litsenberqer NATO-nun Kabildəkı baş mülki nümayəndəsinin köməkçisi vəzifəsini icra edib.

E.Litsenberqer nazir müşaviri rütbəsi altında diplomatik xidmətin peşəkar işçisi sayılır. O, fransız, rus, serb və bolqar dillərində danışa bilir.

M.A.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri