14 
Dek
2018
13:35
109
27
1533
Virtual karabakh

Çavuşoğlu: Azərbaycan QDİƏT-də böyük işlər görüb

14 Dek, 2018
13:35
1533

Çavuşoğlu: Azərbaycan QDİƏT-də böyük işlər görüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində bir sıra məsələlər həll edilib.

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda jurnalistlərə açıqlamasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib və qeyd edib ki, Azərbaycan QDİƏT sədrliyi çərçivəsində böyük işlər görüb. 

“Biz QDİƏT-in işinə böyük əhəmiyyət veririk. 25 ildir fəaliyyət göstərən bu qurumda islahatlar aparılmalı və mövcud problemlər həll olunmalıdır. Azərbaycanın səyləri nəticəsində əhəmiyyətli irəliləyişlərə nail olunub. Gələcək fəaliyyətimizlə bağlı məsələlər müzakirə edildi. Təşkilatın işlərini yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik”, - nazir qeyd edib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri