14 
Dek
2018
16:08
206
32
9666
Virtual karabakh

DSX Ermənistanla dövlət sərhədindəki döyüş postlarını təhvil alıb

14 Dek, 2018
16:08
9666

DSX Ermənistanla dövlət sərhədindəki döyüş postlarını təhvil alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin hərbi potensialını nəzərə alaraq, Azərbay­can Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığını verib.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində deyib.

E.Quliyev bildirib ki, bu, Azərbaycan sərhədçisinə göstərilən ciddi etimadın ifadəsidir:

“Azərbaycan Res­pub­likasının dövlət sərhədinin tam mühafizə altına götürülmə­sinin əsasını qoyan bu tapşırığın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunması, sərhədçilər üçün bu ərazilərin həm sərhəd, həm də səngər olması, bu gün həmin ərazilərdə xidməti-döyüş fəaliyyətinin Döv­lət Sər­həd Xid­mə­tinin Sərhəd Qoşunları tərəfindən təşkil olun­ması, hazırda bu istiqa­mət­də dövlət sərhədinin mühafizəsi sisteminin ya­ra­dıl­ması məqsədilə ardıcıl və dina­mik işlərin həyata keçirilməsi böyük qürurla qeyd olunmalıdır”.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri