14 
Dek
2018
20:53
190
41
9301
Virtual karabakh

Əcnəbi deputat Bakıda çağırış etdi

14 Dek, 2018
20:53
9301

Əcnəbi deputat Bakıda çağırış etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan qoşunları Azərbaycan torpaqlarını işğal edib və bu gün də həmin əraziləri işğal altında saxlayır.

Oxu.Az-ın xəbərinə görə, bunu Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında çıxış edən sudanlı parlamentari deyib.

“Hesab edirəm ki, biz Azərbaycan torpaqlarının işğalı ilə bağlı məsələyə münasibət bildirməli və Konfrans adından etiraz bəyanatı qəbul etməliyik”, - deyə sudanlı parlamentari deyib.

PAİ prezidenti Qabriela Kuevas Barron sudanlı deputatın təklifinə belə cavab verib:

“Təklifə görə təşəkkürümü bildirirəm. Biz bu günə qədər bu və ya digər məsələlərlə bağlı bəyanatlar vermişik, qətnamələr qəbul etmişik. Amma bununla belə, qətnamələrimizi icra etməyə  kimlərisə məcbur edə bilmərik. Bu günə kimi bizim qətnamələri icra edənlər də olub, etməyənlər də”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri