22 
Dek
2018
18:00
77
87
4646
Virtual karabakh

Azərbaycan, Özbəkistan və Belarusun oxşar hədəfləri var - Daşkənddən şərh

22 Dek, 2018
18:00
4646

Azərbaycan, Özbəkistan və Belarusun oxşar hədəfləri var - Daşkənddən şərh

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanlı politoloq, “Ma'no” araşdırma mərkəzinin direktoru Bəxtiyar Erqaşyev Media.Az-ın “2018-ci il Azərbaycan üçün nə ilə yadda qalıb?” və “2019-cu ildə ölkəmizi nə gözləyir?” suallarını cavablandırıb. 

Oxu.Az xəbər verir ki, ekspert qeyri-siyasi hadisələr arasında ilk olaraq Azərbaycanda keçirilən “Formula-1” Qran-Prisini göstərib:

“Siyasi məsələlərə gəlincə, Azərbaycan prezidentinin Belarusa, Belarus prezidentinin isə Özbəkistana səfərlərini göstərmək olar. Hərbi-texniki əməkdaşlıqla bağlı bir çox suallar üst-üstə düşür. Bu, siyasətçi kimi mənə çox maraqlıdır. 

Geridə qoyacağımız ildə Azərbaycan və Özbəkistan arasında fəal iqtisadi əməkdaşlıq başlayıb. O, gələcəkdə daha da inkişaf etdiriləcək. Hazırda nəqliyyat-daşınma sahəsində ciddi razılaşmalar var. Bu razılaşma Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin potensialından istifadə ilə bağlıdır. 

Özbəkistan və Azərbaycan arasında bəzi layihələr həyata keçirilmə mərhələsindədir. Bunlardan biri Çin və Türkiyəni birləşdirəcək nəqliyyat koridorudur. Koridor Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycandan keçəcək. 

Özbəkistanın Azərbaycan neft və qaz işçilərinin təcrübəsindən və texnologiyalarından istifadə etməklə bağlı ciddi planları var. 

Geridə qoyacağımız ildə Özbəkistan birmənalı şəkildə bütün səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Keçmişdə belə olub, gələcəkdə də belə olacaq. Daşkənd Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsində prinsipialdır və yeni hökumət də bu siyasəti dəstəkləyir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri