24 
Dek
2018
15:29
160
75
3820
Virtual karabakh

Tahir Salahov: Bu, mənim prezident İlham Əliyevə hədiyyəm idi

24 Dek, 2018
15:29
3820

Tahir Salahov: Bu, mənim prezident İlham Əliyevə hədiyyəm idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın prezidenti İlham Əliyev hər zaman sənət nümayəndələrinə xüsusi qayğı və diqqətlə yanaşır və dövlət başçısı sayəsində Azərbaycan bütün dünyada qədim mədəniyyət və görkəmli ənənələr ölkəsi kimi tanınır.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu dünya şöhrətli rəssam, yüksək dövlət mükafatlarının və beynəlxalq mükafatların laureatı, iki dəfə Azərbaycan dövlət mükafatının laureatı, SSRİ və Rusiya dövlət mükafatlarının laureatı, Azərbaycan, Rusiya və SSRİ-nin Xalq rəssamı Tahir Salahov söyləyib.

“Prezident İlham Əliyev hamıdan əvvəl Azərbaycan xalqı adından məni yubiley münasibətilə təbrik etdi və gələcək yaradıcılığımda uğurlar arzuladı. Və prezident İlham Əliyev ailəsi ilə birlikdə dekabrın 14-də Bakıda mənim sərgimin açılışında iştirak edən zaman mən çox xoşbəxt idim. Sərgi prezident İlham Əliyevin ad günündən öncə keçirilirdi və bu, mənim ona hədiyyəm və həmçinin, dekabrın 12-də dünyasını dəyişmiş ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram idi.

Mən çox xoşbəxtəm ki, Bakıya gəldim və Azərbaycan prezidentinin əlindən birinci dərəcəli “Əmək” ordenini aldım. Bu, möhtəşəm idi”, - deyə T.Salahov bildirib.

T.Salahov qeyd edib ki, Azərbaycanın prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində ölkədə və ölkə xaricində milli mədəniyyəti və incəsənəti təbliğ edən bir çox əlamətdar beynəlxalq tədbir, festival və layihələr həyata keçirilir.

“Bunun sayəsində bütün dünyada insanlar Azərbaycan xalqının adət və ənənələri, musiqisi və ədəbiyyatı, təbiəti və memarlığı, tolerantlığı və multikulturalizmi, istedadlı şəxsləri haqqında xəbərdar olub. Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı maddi mədəniyyətinin tarixi abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə layiqli olaraq qürur duyur”, - deyə o davam edib. 

T.Salahov mədəni irsin qorunub saxlanmasında, mədəniyyətin və incəsənətin inkişafında birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.

“Mehriban Əliyevanın ölkənin inkişafına yönəlmiş səmərəli fəaliyyəti çoxsaylı hallarda öz əksini tapıb. Azərbaycan prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sayəsində qədim milli memarlıq nümunələri, musiqi, milli alətlər, rəqslər, xörəklər, ənənə və oyunlar UNESCO-nun Ümumdünya mədəni irsinin siyahısına daxil edilib. Bütün bunlar Azərbaycanın böyüklüyünün və çiçəklənməsinin göstəricisidir”, - deyə Tahir Salahov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri