25 
Dek
2018
12:13
18
71
2363
Virtual karabakh

Azərbaycan təkcə Cənubi Qafqazda əsas oyunçu deyil - RƏY

25 Dek, 2018
12:13
2363

Azərbaycan təkcə Cənubi Qafqazda əsas oyunçu deyil - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekspertlər üçün 2018-ci ildə Azərbaycan nə ilə yadda qalıb və 2019-cu ildə ölkəmizi nə gözləyir?

Oxu.Az dünya ölkələrinin ekspertləri ilə silsilə müsahibələrini davam etdirir.

Saytımızın növbəti qonağı gürcüstanlı politoloq Gela Vasadze olub. 

Gürcü politoloq Azərbaycanla bağlı beynəlxalq hadisələrdən Xəzərin bölünməsi ilə bağlı razılaşmanı və “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafını göstərib:

“Azərbaycan uzun müddətdir ki bu məsələlər üzərində çalışır. İran layihəyə razılıq verib və bu, ABŞ-ın Tehrana qarşı nüvə sazişindən imtinasından əvvəl baş verib”. 

“Əlbəttə ki, Almaniya kansleri Angela Merkelin Azərbaycana səfərini unutmaq olmaz. Səfər zamanı vacib məsələlər müzakirə edilib. Yeri gəlmişkən, Gürcüstanda Merkel qaz anbarının tikintisini müzakirə edib. Biz bilirik ki, Azərbaycan Gürcüstanı 100 faiz qazla təmin edir. Və əlbəttə ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regionumuza səfərini qeyd etmək olar.Bu, ABŞ-ın Cənubi Qafqazda ilk ciddi fəallığı idi”, - Gela Vasadze bildirib. 

Ekspert əlavə edib ki, 2018-ci ildə Qarabağ məsələsində xüsusi heç bir şey baş verməyib:

“Ermənistanda baş verən qızğın hadisələrdən sonra 2019-cu ildə bu məsələdə irəliləyişlər gözlənilir. Dəyişikliklərin necə olacağını proqnozlaşdırmaq çətindir, ancaq onların olacağı şübhəsizdir”. 

Müsahibimiz qeyd edib ki, 2019-cu ildə İran-Azərbaycan münasibətlərinin inkişafını izləməyə dəyər.

“İran ABŞ-ın güclənən sanksiyaları altındadır. Eyni zamanda, Avropa bu sanksiyaları yumşaltmağa çalışacaq. Və bu vəziyyətdə Azərbaycana manevr üçün geniş meydan açılır. ABŞ siyasətinin Azərbaycanda aktivləşməsini gözləyirəm. Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsindən iki il keçməsinə baxmayaraq, yalnız indi Vaşinqton regionda xarici siyasətini hiss etdirməyə başlayıb”, - Gela Vasadze bildirib. 

Ekspertin fikrincə, bu, o anlama gəlir ki, Azərbaycan təkcə Cənubi Qafqazda əsas oyunçu deyil:

“Mən Böyük Yaxın Şərqi nəzərdə tuturam. Azərbaycanın İranla yaxınlaşması, Qarabağ münaqişəsinin həll edilməməsi – bu istiqamətlərdə ABŞ müvafiq addımlar ata bilər. Əlbəttə, Rusiya və Azərbaycan arasındakı münasibətlərin necə inkişaf edəcəyi maraqlıdır, axı son vaxtlar Bakı və Moskva arasında yaxınlaşma müşahidə edilir. İstisna deyil ki, 2019-cu ildə Rusiya Qarabağla bağlı “Lavrov planı”nı (işğal altındakı beş rayonunun Azərbaycana qaytarılması – red.) reallaşdırmağa çalışacaq”.

Gela Vasadze xatırladıb ki, bu planla bağlı Belarus prezidenti Aleksandr Lukaşenko açıq şəkildə danışıb. 

“Bu planın Azərbaycanı nə qədər qane etməsi və onun reallaşdırılmasının mümkünlüyü başqa məsələdir. Bu, həm də Azərbaycanın xarici siyasət oriyentasiyası məsələsidir. Bütün bu illər ərzində Bakı qoşulmamaq siyasətini həyata keçirib. Buna görə də Moskvaya çox çalışmaq lazım gələcək”, - müsahibimiz deyib.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri