25 
Dek
2018
18:29
14
111
5307
Virtual karabakh

Putin KTMT-də tərəfdaş təsisatını təsdiq edib

25 Dek, 2018
18:29
5307

Putin KTMT-də tərəfdaş təsisatını təsdiq edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin hökumətin KTMT-nın nizamnaməsinə və müqavilənin özünə dəyişiklik edilməsi barədə təklifini qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.

Layihədə maraqlı ölkələrə KTMT-nın müşahidəçisi və tərəfdaşı statusunun verilməsi meyarları və qaydaları müəyyən edilir.

Söhbət 7 oktyabr 2002-ci il tarixli KTMT-nın nizamnaməsinə dəyişikliklərin edilməsi haqqında Üçüncü protokol və 15 may 1992-ci il tarixli Kollektiv Təhlükəsizlik Müqaviləsinə dəyişikliklər edilməsi haqqında İkinci protokoldan gedir.  

Rusiya XİN-nə göstərilən protokolların imzalanması zamanı aparılan danışıqlarda Rusiya Federasiyası rəhbərliyinin təsdiqlədiyi prinsipial xarakter daşımayan dəyişiklikləri daxil etmək icazəsi verilib.

Protokolların imzalanmasının KTMT-nın kollektiv təhlükəsizlik şurasının sessiyası zamanı həyata keçirilməsi məqsədəuğyun hesab olunur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri