30 
Dek
2018
09:05
234
51
8158
Virtual karabakh

Putin Lukaşenkoya hokkey oynamağı təklif etdi

30 Dek, 2018
09:05
8158

Putin Lukaşenkoya hokkey oynamağı təklif etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüş zamanı onunla hokkey oynamaq və xizək sürmək barədə razılığa gəlib.

Oxu.Az xəbər verir ki, Rusiya lideri bunu Qırmızı meydanda “Gecə hokkey liqası”nın matçından sonra “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Putinin sözlərinə görə, o, Lukaşenkoya elə bu gün komandalardan birinin heyətində oynamağı təklif etsə də, qarşı tərəf imtina edib.

“Onu başa düşmək olar, tezliklə Yeni ildir, o dedi ki, Minskdə evində olmalıdır, orada xeyli məsəllər, cari işlər var. Yeni il ərəfəsində iş həmişə çox olur. Lakin biz görüşüb birgə oynamaq və xizək sürmək barədə razılaşdıq”, - deyə Rusiya lideri bildirib.

Daha əvvəl Rusiya prezidenti Qırmızı meydanda hokkey oynayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri