Yan
2019
16:57
74
32
4472
Virtual karabakh

Senat ABŞ-ın Azərbaycandakı səfirini təsdiq etdi

3 Yan, 2019
16:57
4472

Senat ABŞ-ın Azərbaycandakı səfirini təsdiq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Senatı səsvermənin nəticələrinə görə Erl (Li) Litsenberqerin ABŞ-ın Azərbaycandakı səfiri postuna təyinatını təsdiqləyib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat Senatın “Twitter” hesabında yerləşdirilib. 

“Erl Litsenberqer... ABŞ-ın Azərbaycandakı səfiri olacaq”, - məlumatda bildirilib.

Bununla da, Erl Litsenberqer Rober Sekutadan sonra ABŞ diplomatik missiyasının rəhbəri olacaq. 

Eyni zamanda, ABŞ Senatı Linn Treyslini ABŞ-ın Ermənistandakı səfiri təsdiq edib.

 

Qeyd edək ki, Erl Litsenberqer müxtəlif vaxtlarda Almaniyanın Marşall Fondunun baş elmi işçisi, NATO yanında ABŞ missiyasının sədrinin köməkçisi vəzifəsində, ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində çalışıb. E.Litsenberqer NATO-nun Kabildəkı baş mülki nümayəndəsinin köməkçisi vəzifəsini icra edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri