Yan
2019
17:48
978
110
9026
Virtual karabakh

Prezident yol tikintisinə 14,6 milyon manat ayırdı

4 Yan, 2019
17:48
9026

Prezident yol tikintisinə 14,6 milyon manat ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Beyləqan rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (137 km)–Beyləqan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,6 milyon (on dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri