Yan
2019
11:49
100
37
3524
Virtual karabakh

Azərbaycan-Aİ strateji sazişi bu il imzalanacaq? - ŞƏRH

5 Yan, 2019
11:49
3524

Azərbaycan-Aİ strateji sazişi bu il imzalanacaq? - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında imzalanması gözlənilən strateji saziş üzərində iş aparılır, danışıqlar prosesi davam edir.

Hesab edirəm ki, bu saziş nəticə etibarı ilə Azərbaycan-Aİ əlaqələrinin vahid bir çərçivədə hərtərəfli inkişafı üçün mühüm hüquqi zəmin yaradacaq bir sənəddir.

Bunu Oxu.Az-a özəl açıqlamasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

“Çox arzu edərdik və gözləntimiz də ondan ibarətdir ki, Azərbaycanla Aİ arasında uzun müddətdən bəri davam edən danışıqlar bu il yekunlaşsın və nəhayət, strateji saziş imzalansın.

Hazırda da danışıqlar prosesi gedir, davam edir, ona görə əvvəlcədən dəqiq nə isə demək olmaz.

Amma biz çox istəyərdik ki, bu il strateji sazişin imzalanması baş tutsun.

Ona görə ki, 2018-ci ildə bu istiqamətdə  böyük və ciddi nailiyyətlər özünü göstərib...”, - deyə, S. Seyidov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri