Yan
2019
10:23
10
281
1901
Virtual karabakh

Millət vəkilləri gələn həftə tətildən qayıdacaq

9 Yan, 2019
10:23
1901

Millət vəkilləri gələn həftə tətildən qayıdacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn həftədən Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclaslarına start veriləcək.

Oxu.Az-ın xəbərinə görə, yanvarın 15-də millət vəkillərinin qış tətili başa çatır və bununla da komitə iclasları öz işinə başlayır.

Qeyd edək ki, komitə iclaslarında “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşu, həmçinin, “Optika haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Təhsil kreditləri haqqında”, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi”, “Aşıq sənəti haqqında”, “Adlar və soyadlar haqqında” və digər qanun layihələrinin ilkin variantlarda müzakirəsi gözlənilir.

Yaz sessiyasına isə fevral ayının 1-də start veriləcək.

Sessiyada hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı Milli Koordinatorun və  Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənəcək.

Sessiyada şəkərli diabet, ünvanlı sosial yardım, əlilliyin müəyənləşdirilməsi, vərəm xəstəliyi, icbari tibbi sığorta ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi yönündə ictimai dinləmələr keçiriləcək.

Yaz sessiyası mayın sonunda (29-31-i arasında) öz işini başa vuracaq.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri