10 
Yan
2019
17:28
458
129
8227
Virtual karabakh

Bakı Parisə “öz işi ilə məşğul olmağı” məsləhət gördü - RƏSMİ

10 Yan, 2019
17:28
8227

Bakı Parisə “öz işi ilə məşğul olmağı” məsləhət gördü - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi Parisə ötən ilin payızından başlayan “sarı jiletlilərin” etiraz aksiyasının keçirildiyi Fransada baş verənlərlə məşğul olmağı məsləhət görüb. Bakı ümid edir ki, Fransada həbs edilən nümayişçilər tezliklə azadlığa buraxılacaq. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva Fransa xarici siyasət idarəsinin Azərbaycanda həbsdə olan Mehman Hüseynovla bağlı şərhinə münasibət bildirərkən deyib. 

Dünən Fransa Xarici İşlər Nazirliyi Mehman Hüseynovla bağlı şərhində bildirib ki, Paris vəziyyətdən narahatdır və məsələnin gedişatını diqqətlə izləyir.

Eyni zamanda, L.Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni “sarı jiletli”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir:

“Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanılıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar”.

O əlavə edib ki, ümumiyyətlə Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezirin məsələ ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktub ünvanlaması məsələsinə gəlincə, XİN rəsmisi bildirib ki, Fransa vətəndaşı olan Arlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı.

“Görünür, A.Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür”, - Leyla Abdullayeva qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri