16 
Yan
2019
14:58
1136
91
6352
Virtual karabakh

İlham Əliyev Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib

16 Yan, 2019
14:58
6352

İlham Əliyev Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı təbriklərini Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi mərasimində çatdırıb.

“Onu da bildirməliyəm ki, bu zavodun açılışı Xoşbəxt Yusifzadənin ad gününə təsadüf edir. Mən istəyirəm, Xoşbəxt müəllimi bu gözəl hadisə münasibətilə bütün Azərbaycan vətəndaşları adından təbrik edim. Xoşbəxt müəllim neft sənayesinin canlı əfsanəsidir, neft sənayesinin rəmzidir, Azərbaycan vətəndaşının rəmzidir. Mən xüsusilə xahiş etdim ki, Xoşbəxt müəllim bu gün buraya dəvət olunsun, həm onu təbrik edim, eyni zamanda, bu gözəl hadisəni biz birlikdə qeyd edək”, - dövlət başçısı deyib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri