17 
Yan
2019
12:47
33
79
4726
Virtual karabakh

Deputat parlamentdə ƏDV məsələsini qaldırdı

17 Yan, 2019
12:47
4726

Deputat parlamentdə ƏDV məsələsini qaldırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycana gətirilən çap məhsulları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməlidir.

Oxu.Az məlumat verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov adıçəkilən komitənin iclasında səsləndirib.

Millət vəkilinin sözlərinə görə, kitabların qiymətləri çox baha olduğu üçün xaricdən gətirilən çap məhsulları, o cümlədən, kütləvi informasiya vasitələri  ƏDV-dən azad edilməlidir.

Sögedən komitənin sədri Rafael Hüseynov isə bildirib ki, kitabların bahalaşmasının obyektiv səbəbləri var:

“Kitabın maya dəyəri artıb. Bu, kitabın bahalaşmasının obyektiv səbəbidir. İfrat bahalaşmanın qarşısını almaq üçün müəyyən imtiyazlar olmalıdır. Xaricdən gətirilən nəşrlər – kitablar, xəritələr və s. üçün müəyyən güzəştlər olmalıdır ki, insanların onları almaq imkanları olsun, bu iş nizama salınmalıdır”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri