18 
Yan
2019
10:51
10
144
2458
Virtual karabakh

BMT baş katibi Bakı və Yerevanın səylərini alqışlayır

18 Yan, 2019
10:51
2458

BMT baş katibi Bakı və Yerevanın səylərini alqışlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT baş katibi Antonio Quterreş Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin vəzifələrini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-da Parisdə Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüşdə əldə edilən razılaşmanı alqışlayır. 

Oxu.Az “Vestnik Kafkaza” portalına istinadən xəbər verir ki, bu bəyanat baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik tərəfindən yayımlanıb. 

Bildirilir ki, baş katib Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir, o cümlədən, nazirlərin əhalinin sülhə hazırlanması barədə konkret tədbirlərin görülməsinin zəruriliyi barədə razılaşmasını alqışlayır.

Bundan başqa, Quterreş BMT-nin ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha bəyan edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri