19 
Yan
2019
15:07
170
106
6862
Virtual karabakh

Zimbabve prezidenti “ASAN xidmət”də - FOTO

19 Yan, 2019
15:07
6862

Zimbabve prezidenti “ASAN xidmət”də - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zimbabve prezidenti Emmerson Mnanqaqva yanvarın 19-da Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Oxu.Az xəbər verir ki, burada ali qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, Azərbaycanın ixtirası və brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, onların rahatlığının və şəffaflığın təmin olunması, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

“ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait var. “ASAN xidmət” mərkəzlərində insanlara müasir texnologiyalar, həmçinin innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Burada vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər fəaliyyət göstərir.

Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar Zimbabve Respublikasının Prezidentinə nümayiş etdirilib.

Eyni zamanda, vurğulanıb ki, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

Mərkəzlərdə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində arzuolunan nəticələrin əldə edildiyi diqqətə çatdırılıb və bildirilib ki, bu günədək 26 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin onda böyük maraq doğurduğunu vurğulayan Zimbabve Prezidenti Emmerson Mnanqaqva kollektivə uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri