20 
Yan
2019
10:37
53
259
2309
Virtual karabakh

Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

20 Yan, 2019
10:37
2309

Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 Yanvar Azərbaycan xalqının unudulmaz qan yaddaşıdır.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, 20 Yanvar şəhidlərinin xatirəsi hər il olduğu kimi, bu il də yad edilir:

“Bu, həm Azərbaycanın hüzn günüdür, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Bu hadisəyə səbəb olanlar hər zaman xalqımız tərəfindən ittiham olunur. Ulu öndər Heydər Əliyev bu hadisələrə siyasi status verilməsinə nail olmuşdu. Hadisə ərəfəsində, eləcə də, bir gün sonra M.Qorbaçov başda olmaqla, bu proseslərdə günahkar şəxslər kəskin şəkildə ittiham olunmuşdu.

20 Yanvar hadisələrini dünyaya çatdırmaq üçün çoxsaylı kitablar yazılıb, filmlər çəkilib. 29 il keçsə də, bu qanlı tarix xalqımızın yaddaşındadır. Bu vətənpərvərlik ruhu ilə xalqımız müstəqillik mübarizəsini davam etdirib.

Prezident İlham Əliyevin apardığı siyasətdə də xalqımızın 20 Yanvar faciəsi unudulmur, şəhidlik zirvəsi hər zaman uca tutulur. Ölkə başçısı da bu hüzn günündə xalqla birlikdə şəhidləri ziyarət etdi. Onların ruhu hər zaman bizimlədir”.

Mübariz Qurbanlı bildirib ki, bu gün Azərbaycan xalqının qarşısında mühüm vəzifələr durur:

“Ən mühüm məsələ Ermənistanın işğal etdiyi doğma Azərbaycan ərazilərini geri qaytarmaqdır. Daha sonra ölkəmizin inkişafına, xalqın rifahına, Azərbaycanın inkişaf etmiş ölkələr arasında mövcud yerini daha da möhkəmləndirməsinə nail olmaqdır.

Prezidentimiz bu istiqamətlərdə konkret siyasi hədəflər müəyyən edib. Bütün dövlətlər bu istiqamətlərdə fəaliyyət göstərir. Belə olan şəraitdə ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmağa cəhd edirlər.

Bu cəhdlər isə özünü mitinq şəklində büruzə verir. Azərbaycan demokratik dövlətdir, mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zamanı arxada qalıb. Kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Məsələn, “Məhsul” stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir.

Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözlər söyləyirlər və onların söylədikləri boyat fikirlərə xalq heç də reaksiya vermir, verməyəcəklər də, çünki onların dediklərində hər hansı bir yenilik yoxdur”.

Komitə sədri qeyd edib ki, bəzi qüvvələr bununla ölkəmizə təzyiq etməyə çalışır:

“Guya Avropa parlamenti bununla bağlı qətnamə qəbul edib. Amma müzakirə edilən qətnamədə 751 deputatdan 30-u iştirak edir. İngilis dilini mükəmməl bilənlər bu çıxışlara baxanda görürlər ki, bu adamlar öz yazdıqlarını belə oxuya bilmirlər. Onlar Azərbaycan adını belə düzgün tələffüz edə bilmirlər, hadisələrdən belə bixəbərdirlər.

Bəlkə də, o yazıları çıxışdan 10 dəqiqə əvvəl onlara veriblər. Bütün bunlar sübut edir ki, bu proseslər quramadır. Azərbaycanın Avropa parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Biz o parlamentin üzvü deyilik. O səbəbdən də onların çıxardığı qərarlar elə orada da qalır. Onların tək Azərbaycanla bağlı deyil, eyni zamanda, yüzlərlə digər ölkələrlə bağlı bu cür ikili standartlı qətnamələri var.

Əgər Avropa parlamenti problem axtarırsa, problem elə onların özündədir. Fransa, Avropa, Yunanıstan və ayrı-ayrı ölkələrdəki hadisələrə baxın. Orada insanların, miqrantların, müsəlmanların pozulan hüquqlarına baxın. Onlara niyə diqqət yetirilmir? Demək ki, qərəzli yanaşmadır. Bu qüvvələrin Azərbaycanla bağlı bütün cəhdləri nəticəsiz qalacaq. Çünki Azərbaycanın güclü siyasəti var”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri