22 
Yan
2019
09:22
13
85
2077
Virtual karabakh

Deputat: Bu, Avropa Şurasının nüfuzu məsələsidir

22 Yan, 2019
09:22
2077

Deputat: Bu, Avropa Şurasının nüfuzu məsələsidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Seçkilərin gedişi və nəticələri ilə bağlı sosial şəbəkələrdə elə Ermənistanın öz vətəndaşlarının saxtakarlıqlar, müxtəlif əyintilər, kütləvi qanunsuzluq halları ilə bağlı faktlara əsaslanan çoxsaylı paylaşmaları heç də xoş olmayan mənzərə yaradır.

Oxu.Az xəbər verir ki, bu fikri AŞPA-nın qış sessiyası çərçivəsində Büro və Daimi Komitənin fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.

O bildirib ki, bu seçkilərə qiymət vermək, onun nə dərəcədə şəffaf, demokratik olduğunu söyləmək istəmir.

“Bu seçkilərdə seçicilərin yarıdan azının iştirak etməsi əhalidəki inamsızlıq, sönük fəallıq dərəcəsi haqqında kifayət qədər aydın siqnal verir. Başqa məqama da diqqət çəkmək istərdim. Burada - Parlament Assambleyasında Ermənistanda əvvəllər keçirilmiş seçkilər də, ölkədəki demokratik təsisatların vəziyyəti də dəfələrlə müzakirə edilib.

Xalqın artıq rədd etmiş olduğu, Ermənistan dövləti tərəfindən cinayətkar elan edilən keçmiş prezidentlər vaxtilə bu mötəbər salonda kürsüyə qalxıblar. Biz onlarla bağlı kəskin tənqidi fikirlərimizi hər dəfə bildirmiş, bununla əlaqədar sənədlər hazırlamışıq.

Lakin Avropa Şurasının Ermənistanda monitorinq aparan məruzəçiləri haray salan nöqsanları sanki görməyib, ermənistanlı hüquq müdafiəçilərinin səslərini eşitməyib, hər şeyin təxminən lap yaxşı olmasını göstərən məruzələr hazırlayıblar.

İnkişaf hesabatlarında da hər dəfə seçkilər müsbət qiymətləndirilib, kriminal rejimin başında duran şəxslərin buradakı çıxışları zamanı onlar haqqında Avropa Şurası adından müsbət fikirlər ifadə edilib.

Bəs indi necə olsun? Tarixi silib atmaq olmur axı!

O söylənilmiş, hazırlanmış hesabatların hamısı stenoqrafik şəkildə Avropa Şurası arxivində və bizim yaddaşlarımızda qalır. İndi Ermənistan özü - onun xalqı da, rəsmi rəhbərliyi də keçmiş rejimin cinayətkar mahiyyətini açıqca bəyan edir”, - deyə deputat qeyd edib.

R.Hüseynov deyib ki, vaxtilə burada Ermənistanla əlaqədar müsbət hesabatlar təqdim etmiş, əsl həqiqətləri təhrif etmiş, cinayətkar rejimlərlə həmrəylik nümayiş etdirmiş şəxslər barədə mövqe ortaya qoyulmalıdır:

“Bu, Avropa Şurasının nüfuzu məsələsidir. Səhvləri etiraf etmək də cəsarət nümunəsidir”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri