25 
Yan
2019
12:14
12
216
6998
Virtual karabakh

Rəsmi Tbilisidən Qarabağ işğalçısına büst qoyulmasına - MÜNASİBƏT

Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması ilə bağlı məsələ Gürcüstan və Azərbaycan arasında müzakirə olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, iki ölkə arasında müzakirə olunmayan mövzu yoxdur və qeyd olunan məsələ ilə bağlı səfirlər vasitəsilə informasiya mübadiləsi həyata keçirilib:

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu mövcud deyil. Bu, normal ünsiyyət formasıdır və bu mövzu ətrafında ajiotaj gərəksizdir”.

Xatırladaq ki, bu ilin yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub.

Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək büstün açılmasına etirazını bildirib.

Eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri