28 
Yan
2019
17:52
43
140
4172
Virtual karabakh

Mnatsakanyan: Sülhün alternativi yoxdur, sülhün alternativi fəlakətdir

28 Yan, 2019
17:52
4172

Mnatsakanyan: Sülhün alternativi yoxdur, sülhün alternativi fəlakətdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın xarici siyasət qurumunun rəhbəri Zohrab Mnatsakanyan bəyan edib ki, Qarabağla bağlı hər hansı bir gizli razılaşma mövcud deyil. O, cəmiyyəti panikaya düşməməyə çağırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunlarına dair iki ölkə xalqlarının və cəmiyyətlərinin sülhə hazırlanması haqqındakı sonuncu bəyanatları, erməni cəmiyyətində fərqli müzakirələrə səbəb olub.  

“Sizin bilmədiyiniz bir şey yoxdur. Dialoq bizim üçün vacib məsələlər ətrafında gedir. Məni cəmiyyətdə bizim nəyisə itirdiyimiz və ya güzəştə getdiyimiz haqqında söhbətlər təəccübləndirir. Bizim cəmiyyəti xəbərdar etmədiyimiz heç bir şey yoxdur”, - deyə Z.Mnatsakanyan vurğulayıb.  

Onun sözlərinə görə, Yerevan söylədiyi fikirdən daşınmır - erməni tərəfi məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinin tərəfdarıdır. Mnatsakanyan əlavə edib ki, Ermənistan tərəfi üçün status və təhlükəsizlik məsələləri prioritet olaraq qalır.

Nazir qeyd edib ki, BMT tərəfindən də səsləndirilən, iki ölkə xalqlarının və cəmiyyətlərinin sülhə hazırlanması tezisi yeni deyil. Bu haqda dəfələrlə fikir yürüdülüb.

“BMT prosesə yardımçı olmaq üçün həmişə bu mövqedən çıxış edib. Və mən bunu yüksək qiymətləndirirəm”, - deyə o bildirib.

Z.Mnatsakanyan əlavə edib ki, sülhə hazırlıq bir neçə funksiyanı nəzərdə tutur və bunun dəqiq formulu mövcud deyil.

Həmçinin, Z.Mnatsakanyan vurğulayıb ki, Ermənistanın qətiyyəti sual altında qalmalı deyil.

“Sadəcə olaraq, sülhün alternativi yoxdur, sülhün alternativi fəlakətdir”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri