30 
Yan
2019
18:29
244
28
4379
Virtual karabakh

Ukrayna vətəndaşı Azərbaycandan üzr istəyib

30 Yan, 2019
18:29
4379

Ukrayna vətəndaşı Azərbaycandan üzr istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna vətəndaşı Konstantin Andriyuk Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Oxu.Az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bildirən K.Andriyuk gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini vurğulayıb.

Eyni zamanda, o, gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. 

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri