Fev
2019
16:33
10
118
1809
Virtual karabakh

Lavrov Xəzərin hüquqi statusu barədə

6 Fev, 2019
16:33
1809

Lavrov Xəzərin hüquqi statusu barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizinin hüquqi statusunun nizamlanması davamlı əməkdaşlığın möhkəmlənməsi üçün bir təməldir.

RİA Novosti”nin məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanması ilə bağlı şərhində söyləyib.

“Xəzərin hüquqi statusunun nizamlanması “Xəzər beşliyi” arasında qarşılıqlı münasibətlərin keyfiyyət baxımından yeni səviyyəyə çatdırılmasına vəsilə olur”, - deyə rusiyalı ali diplomat vurğulayıb.

Rusiyanın XİN rəhbəri Aktau sammitinin gedişində bağlanmış profilli sazişlərin, o cümlədən, iqtisadiyyat və nəqliyyat sahələrinə aid sənədlərin lazımi hüquqi bazanı təmin etdiyini əlavə edib.

Xatırladaq ki, avqustun 12-də Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderləri arasında keçirilən zirvə toplantısında region üçün tarixi sənəd – Xəzər dənizinin statusu haqqında konvensiya imzalanıb. Sənəd üzrə danışıqlar və onun hazırlanması 22 ilə yaxın vaxt çəkib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri