12 
Fev
2019
16:02
96
37
1217
Virtual karabakh

Böyük Britaniyanın ticarət elçisi Azərbaycana gələcək

12 Fev, 2019
16:02
1217

Böyük Britaniyanın ticarət elçisi Azərbaycana gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson Azərbaycana səfər edəcək.

Bunu Report-a açıqlamasında Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, E.Nikolson fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edəcək:

“Gələn həftəyə planlaşdırılan səfər çərçivəsində Emma Nikolson bir sıra rəsmi görüşlər keçirəcək, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcək.

Bundan başqa, görüşlər çərçivəsində Böyük Britaniyanın plastiklərlə bağlı strategiyası barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu iki ölkənin qlobal çağırış kampaniyasına verdiyi birgə töhfə olacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri