15 
Fev
2019
14:17
14
490
2321
Virtual karabakh

Azərbaycanda deputatların sayı artırıla bilərmi?

15 Fev, 2019
14:17
2321

Azərbaycanda deputatların sayı artırıla bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda deputatların sayı kifayət qədərdir, kifayət qədər təmsilçilik mövcuddur. Gələcəkdə əhali bir az da artıqdan sonra deputatların sayının artırılması məsələsinə baxmaq olar.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov qarşıdan gələn 2020-ci il, altıncı çağırış parlament seçkilərinə kimi ölkədə referendum keçirilmədən, müəyyən seçki islahatları, Seçki Məcəlləsinə dəyişikliklər yolu ilə yenidən proporsional seçki sisteminin bərpası, o cümlədən, deputat yerlərinin sayının artırılması yönündə addımların atıla bilməsi məsələsinə aydınlıq gətirərkən bildirib.

“Majoritar seçki sistemi birbaşa təmsilçilikdir”, - deyən YAP rəsmisinin sözlərinə görə, Azərbaycanda tam majoritar seçki sistemi deyil, burada proporsionalın da elementləri var.

“Belə demək mümkünsə, siyasi partiya namizəd irəli sürə, namizədlərə maliyyə dəstəyi göstərə, namizədin təbliğat-təşviqat işini apara, imza toplaya, seçki plakatını buraxa bilir. Yəni 80 faiz namizədin bütün prosedur qaydalarını məhz siyasi partiya həyata keçirə bilir. 

Hətta yerli təşkilatlar mitinqlər, görüşlər təşkil edir, namizədlərin plakatlarını yapışdırır, seçki komissiyalarına öz müşahidəçilərini, məşvərətçi səs hüquqlu üzvlərini verir, təqdim edir. Bizdə hər bir siyasi partiyaya öz namizədinin bütün fəaliyyətini tənzimləmək hüququ verilib ki, bu da elə bir növ yarımproporsionaldır.

Majoritar seçki sistemi olmasına baxmayaraq, proporsional da öz funksiyasını burada yerinə yetirmiş olur. Bizdə klassik majoritar qayda deyil ki, namizəd özü namizədliyini irəli sürür və özünə komanda yaradır, başlayır o işləri görməyə. Onun üçün bu addımları üzvü olduğu siyasi partiya atır.

Məsələn, namizədlərimizin hər birinin sənədləri Yeni Azərbaycan Partiyasında hazırlanır və hətta namizədin özü ilə yox, səlahiyyətli nümayəndə vasitəsilə dairələrə verilir, qeydiyyatdan keçir, imza toplanılır və digər prosedur qaydalar həyata keçirilir. Ona görə də artıq proporsional seçki sisteminə ehtiyac qalmır”, - deyə S.Novruzov əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri