15 
Fev
2019
16:31
234
40
4319
Virtual karabakh

Prezident yol tikintisinə pul ayırdı

15 Fev, 2019
16:31
4319

Prezident yol tikintisinə pul ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev fevralın 15-də “Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, əlli min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri