21 
Fev
2019
17:40
315
58
10829
Virtual karabakh

Bu şəxslər üçün Prezident təqaüdü artırıldı

21 Fev, 2019
17:40
10829

Bu şəxslər üçün Prezident təqaüdü artırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Fərmana əsasən, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il martın 1-dən 300 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl bu məbləğ 220 manat təşkil edirdi.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri