21 
Fev
2019
17:50
137
46
2848
Virtual karabakh

İnformasiya təhlükəsizliyi ilə bağlı əsasnamə təsdiq edildi

21 Fev, 2019
17:50
2848

İnformasiya təhlükəsizliyi ilə bağlı əsasnamə təsdiq edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Dövlət başçısı həmçinin “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli sərəncamında dəyişiklik edib.

Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsində “sədrinin müavini” sözlərindən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilib:

“Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru.”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri