23 
Fev
2019
09:38
16
259
1654
Virtual karabakh

Ombudsman parlamentə hesabat verəcək

23 Fev, 2019
09:38
1654

Ombudsman parlamentə hesabat verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin (MM) yaz sessiyası çərçivəsində növbəti - dördüncü plenar iclasın vaxtı məlum olub.

Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, növbəti iclas martın 5-də keçiriləcək.

Qeyd edək ki, iclasda ilkin olaraq 30-a yaxın məsələnin müzakirəsi gözlənilir ki, onlardan da biri Ombudsmanın növbəti illik hesabatıdır.

Hesabatla Ombudsman Elmira Süleymanova çıxış edəcək və onun çıxışı ətrafında müzakirələr başlanılacaq.

Mart ayında sonuncu iclas isə ayın 15-də keçiriləcək və  iclasda hökumətin son bir illik hesabatı dinləniləcək, ona münasibət bildiriləcək.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri