23 
Fev
2019
22:37
910
54
12521
Virtual karabakh

Azərbaycanlıların Brüssel mitinqi: Qarabağa qayıtmaq istəyirik! - FOTO

23 Fev, 2019
22:37
12521

Azərbaycanlıların Brüssel mitinqi: Qarabağa qayıtmaq istəyirik! - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikanın paytaxtı, Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçirilib.

Oxu.Az xəbər verir ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən mitinq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə baş tutub.

Aksiyaya Almaniya, Fransa, Hollandiya, İtaliya, Polşa və digər Avropa ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibəti bəsləyən xalqların diaspor üzvləri qatılıblar. Onlar “Azərbaycan sülh istəyir!”, “Qarabağa geri qayıtmaq istəyirik!”, “Xocalıya ədalət!”, “Dilqəm və Şahbaza azadlıq!” şüarları səsləndirərək Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış ediblər.

Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, Ermənistan tərəfinin münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin tələblərinə riayət etməsini tələb ediblər.

Aksiyanın sonunda qətnamə qəbul olunub. Bu qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim olunacaq.

Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri barədə məlumatların yer aldığı broşürlər paylanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri