Mar
2019
16:44
843
45
35899
Virtual karabakh

İlham Əliyev Rasim Balayevə zəng vurdu

5 Mar, 2019
16:44
35899

İlham Əliyev Rasim Balayevə zəng vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevlə telefonla danışıb.

Bu barədə Ölkə.Az-a Rasim Balayev özü məlumat verib. 

“Bir neçə dəqiqə əvvəl cənab prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bildirdim. Bildirdi ki, bu il kino sahəsinə beş milyon ayrıldı.

Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst-üstə düşür”.

Qeyd edək ki, martın 1-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. R.Balayev görüşə dəvət olunmayıb.

Məlumat üçün bildirək ki, Xalq artisti Mehriban Zəki çıxışında kinoya diqqətin artırılmasını xahiş etmişdi:

“Mən daha çox diqqətinizi kinoya yönəltmək istəyirəm. Mənim gəncliyimdə kinostudiyanın həyətində, onun divarları arasında çox fəal yaradıcı proseslər baş verirdi. Son illərə qədər bu proses davam edirdi.

Müasir dövrdə, müstəqillik dövrümüzdə artıq çəkilmiş filmlər, mənim də çəkildiyim “Nabat”, “Yarımçıq xatirələr”, “Dolu”, “Axınla aşağı” filmləri və adlarını unutduğum bir çox filmlər var. Bir çox filmlər A kateqoriyalı festivallarda iştirak edib, müəyyən nailiyyətlər qazanıb. Amma təəssüf edirəm ki, son iki ildə dövlət sektorunda filmlərimizin inkişafı, çəkilməsi nədənsə avazıyıb.

Kinostudiyamızın divarları soyuyub. Ona görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin, diqqətinizi bir daha oraya yönəltmək istərdim”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri