11 
Mar
2019
20:10
26
411
2052
Virtual karabakh

NATO rəsmisi: Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər

11 Mar, 2019
20:10
2052

NATO rəsmisi: Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.

 RİA Novosti xəbər verir ki, bu fikirləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay səsləndirib:

“Biz münaqişələrin həllinə cəlb olunmamışıq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır. NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Mən bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, təmas xəttində atəşkəsin pozulması hallarının azalması və Ermənistan tərəfinin danışıqlara meyl göstərməsi ümidverici faktdır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri