14 
Mar
2019
11:04
24
153
1221
Virtual karabakh

Birinci vitse-spiker Azərbaycan-Rusiya münasibətləri barədə

Azərbaycan-Rusiya əlaqələrini bir kəlmə ilə belə ifadə edərdim ki, iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir.

Bunu Oxu.Az-a açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməməsinə və iki ölkə arasında münasibətlərin mövcud durumuna münasibətini ifadə edərkən bildirib.

O qeyd edib ki, Rusiya XİN-nin məlum bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) artıq öz münasibətini bildirib.

“Orada hər şey özünün əksini tapıb. Əlavə etmək istəməzdim. Eyni zamanda, qeyd edim ki, bu gün Azərbaycan-Rusiya münasibətləri çox yüksək səviyyədədir”, - deyə Z.Əsgərov əlavə edib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri