14 
Mar
2019
20:10
190
68
1540
Virtual karabakh

İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

14 Mar, 2019
20:10
1540

İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Boyko Borisovun VII Qlobal Bakı Forumunun işində iştirakını yüksək qiymətləndirib.

Dövlət başçısı Boyko Borisovun ötən il Azərbaycana səfərlərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərə yaxşı töhfə verdiyini, bu gün əlaqələrimizin dinamik inkişaf etdiyini vurğulayıb. Bildirib ki, bu gün bizim yaxşı siyasi əməkdaşlıq potensialımız mövcuddur. Prezident İlham Əliyev Bolqarıstanın və Azərbaycanın hər zaman bir-birini dəstəklədiyini deyib.

Azərbaycan dövlətinin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Bolqarıstanın da iştirak etdiyini və ümumi işə töhfəsini qeyd edib. Prezident İlham Əliyev hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər həyata keçirdiyini və bu səfərlərin əlaqələrin inkişafına təkan olduğunu vurğulayıb.

İqtisadi sahədə də Azərbaycanla Bolqarıstan arasında yaxşı potensialın olduğunu deyən dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə dəstəyini yüksək qiymətləndirib.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq dünyada sülhə, anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, SOCAR-ın Bolqarıstandakı fəaliyyəti barədə də məlumat verilib.

17:50

Martın 14-də Azərbaycan Respubliksının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə görüşüb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri