15 
Mar
2019
19:50
111
27
2273
Virtual karabakh

Musa Qasımlı: Elmi Müdafiə Şuralarını “anekdot” yerinə çevirməməliyik

15 Mar, 2019
19:50
2273

Musa Qasımlı: Elmi Müdafiə Şuralarını “anekdot” yerinə çevirməməliyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tələbə xaricdə təhsil alıbsa, onu bir məmur imtahan etməməlidir. Təhsil Nazirliyi elektron qaydada müraciətlə bu məsələni həll edə bilər.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə (MM) Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirə olunduğu plenar iclasda AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı bildirib.

Millət vəkili deyib ki, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir.

“Təhsil Nazirliyi xaricdə təhsil alanı çağıraraq yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərərək həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”, - deyə o bildirib.

Millət vəkili Elmi Müdafiə Şuraları ilə bağlı tənqidi fikirlər səsləndirib:

“Elmi Müdafiə Şuralarının həmsədrliyində ciddi dəyişikliklər edilməlidir. Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər. Bu, Azərbaycan elminə ayıbdır. Elmi Müdafiə Şuralarını “anekdot” yerinə çevirməməliyik”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri