16 
Mar
2019
00:32
105
18
2162
Virtual karabakh

Vitse-spiker: Tələbə yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsun

16 Mar, 2019
00:32
2162

Vitse-spiker: Tələbə yataqxanalarının tikintisində TİT modelindən istifadə olunsun

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parlamentdə tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb. 

Oxu.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Valeh Ələsgərov çıxış edib.

Vitse-spiker bununla bağlı “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib. 

V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə MM tərəfindən qanun qəbul olunub. 

“Dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur: körpülər, tunellər, hava limanları tikilir”, - deyən V.Ələsgərov bildirib ki, MM bu qanuna əlavələr edərək, tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər. 

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri