15 
Mar
2019
18:12
257
68
3267
Virtual karabakh

Millət vəkili: Tibbi sığortadan sonra qanunsuz ödənişlərin qarşısı alınacaq

15 Mar, 2019
18:12
3267

Millət vəkili: Tibbi sığortadan sonra qanunsuz ödənişlərin qarşısı alınacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildən bütün Azərbaycan ərazisində icbari tibbi sığorta sistemi tətbiq olunacaq. Bununla da qanunsuz ödənişlərin qarşısı alınacaq. 

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov parlamentin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il hesabatının müzakirəsi zamanı deyib.

“İcbari tibbi sığorta sisteminin tətbiq edilməsindən sonra tibb işçiləri qanuni şəkildə gəlir əldə etmək imkanı əldə edəcəklər”, - deyən millət vəkili Azərbaycanda lazımi tibbi xidmət göstərmək üçün bütün imkanların olduğunu söyləyib və əlavə edib ki, son illər 700-dən çox texnika ilə təmin edilən xəstəxanalar məhsuldarlığın artırılmasına imkanlar yaradır:

“Bütün bunlarla yanaşı, tibbi xidmətin əlçatanlığı, xidmətin keyfiyyətinin artırılması vacibdir”.

Millət vəkilinin qeyd etdiyinə görə, görülən işlərlə yanaşı, xəstəxanaların keyfiyyət statusuna görə akkreditasiyadan keçirilməsi, standartların, ixtisaslaşmış tibb personalının akkreditasiya qaydalarının hazırlanması, ailə həkiminin funksionallığı, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavələr edilməsi mühüm məsələlərdən biridir:

“Qida təhlükəsizliyi ilə əlaqədar qısa müddətdə görülən işlərin gələcəkdə daha sağlam gələcəyin formaslaşmasında mühüm xidməti olacaq. İcbari tibbi sığorta daha geniş şəkildə tətbiq edilməlidir”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri