16 
Mar
2019
20:27
102
305
1595
Virtual karabakh

Deputat: Əfv sərəncamları dövlətçiliyimizin gözəl atributuna çevrilib

Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ölkə rəhbərinin humanizminin, humanizm siyasətinin növbəti göstəricisidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, 400-dən çox məhkumun əfv edilməsi və onlarla bağlı olan yüzlərlə ailənin, minlərlə insanın Novruz bayramı günlərində sevindirilməsi bir daha ölkə başçısının hər bir azərbaycanlının probleminə necə diqqətlə yanaşdığını göstərir:

“Yüzlərlə insanın vaxtından əvvəl azadlığa buraxılması onlara verilən yeni bir şansdır. Bu, onlara öz səhvlərindən nəticə çıxarmaq üçün həm də unikal imkan yaradır. Ümumiyyətlə, xalqımız üçün əziz, müqəddəs olan bayramlar ərəfəsində belə sərəncamların verilməsi dövlətçiliyimizin gözəl atributuna çevrilib. Fərmanın imzalanmasından keçən bir neçə saat ərzində onun insanlarımız tərəfindən sevinclə qarşılanması, ciddi müzakirə edilməsi özü böyük bir hadisədir, göstəricidir. Buna görə bir daha cənab prezidentimizə öz dərin minnətdarlığımızı bildiririk”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri