20 
Mar
2019
10:23
498
109
7395
Virtual karabakh

Azərbaycan prezidenti: İslahatlar dərinləşəcək

20 Mar, 2019
10:23
7395

Azərbaycan prezidenti: İslahatlar dərinləşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. 

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin xalqa Novruz bayramı münasibəti ilə təbrikində deyilir: 

“Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.

Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri