20 
Mar
2019
16:03
449
93
6205
Virtual karabakh

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

20 Mar, 2019
16:03
6205

İlham Əliyev Qazaxıstanın yeni prezidentini təbrik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə telefonla zəng edib. 

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını bildirib, əlaqələrimizin gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri