29 
Mar
2019
12:57
308
40
10499
Virtual karabakh

Yanğından zərər çəkmiş sahibkarlara pul ayrıldı - SƏRƏNCAM

29 Mar, 2019
12:57
10499

Yanğından zərər çəkmiş sahibkarlara pul ayrıldı - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncamla Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

İqtisadiyyat Nazirliyinə zərər çəkmiş sahibkarlara bu sərəncama əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri