30 
Mar
2019
10:55
190
146
15251
Virtual karabakh

Əliyev-Paşinyan görüşündə diqqətdən yayınmayan məqam - ŞƏRH

30 Mar, 2019
10:55
15251

Əliyev-Paşinyan görüşündə diqqətdən yayınmayan məqam - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyana  görüşü Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan prezidenti İlham Əliyevin ilk rəsmi görüşü idi.

Bundan əvvəl üç dəfə görüş baş tutub, ancaq hamısı qeyri-rəsmi görüşlər olub. Bu dəfə isə diqqətdən yayınmayan çox maraqlı bir məqam var idi.

Yadınızdadırsa, 2016-cı ilin aprel döyüşlərindən sonra dərhal prezidentlər səviyyəsində görüş Vyanada keçirilmişdi və indi də aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində bu görüş keçirildi, özü də yenə Vyanada.

Yəni, bu bir təsadüf, yoxsa, bir qanunauyğunluq idi, düşünmək üçün əsas verir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov bildirib.

Millət vəkilinin sözlərinə görə, eyni zamanda, növbəti Vyana görüşünün aprel döyüşlərinin üçüncü ildönümü ərəfəsində keçirilməsi həm də bir siqnal, mesaj idi ki, danışıqlar nəticə verməyəcəyi, danışıqlar naminə danışıqlar gedəcəyi təqdirdə, müharibə, hərb variantı qaçılmaz ola bilər.

“Bu anlam da vardı.

Ən çox maraq doğuran məsələ o idi ki, mart aynın 14-də Paşinyan gözlənilmədən işğal altındakı Azərbaycanın ərazisi Xankəndinə getmiş, orada Təhlükəsizlik Şurasının iclasını keçirmiş və eyni yanaşma beş gün bundan qabaq da olmuşdu. 

Yəni, mart ayının 25-də Paşinyan Müdafiə Nazirliyinə gedib, orada müdafiə nazirinin qapalı toplantısını keçirmişdi. Fikir verirsiniz, təhlükəsizlik və müdafiə məsələləri konktekstində tədbirlərdən sonra o, Vyanaya getmişdi. Yəni, burada müəyyən mənada biz hərbi diplomatiya elementlərini, müəyyən təzyiq elementlərini də görürdük.

Həm də bu ondan irəli gəlirdi, yəni, Paşinyan çox gözəl dərk edirdi ki, o, təzyiq altında danışıqlara gedir. Çünki ATƏT-in rəhbərliyi də qeyd etmişdi ki, danışıqların formatında dəyişiklik ola bilməz. 

Həmçinin, ATƏT-in Minsk qrupunun son bəyanatı da eyni məzmunlu idi. Avropa İttifaqının rəhbərliyi də eyni mövqeyi də ortaya qoymuşdu. Yəni, bir neçə istiqamətdə Paşinyan bu təzyiqlər altında danışıqlara gedir və həm də danışıqlarla bağlı söz oyununa başlamışdı. Deyirdi ki, biz danışıqların formatında dəyişikliklərdən danışmırıq, biz danışıqların formatının bərpasından danışırıq.

Guya vaxtilə nə zamansa qısamüddətli Qarabağdakı bu rejim də danışıqların tərəfi olub, biz onun bərpasından danışırıq. Fikir verirsiniz, dəyişikliyi bərpa sözü ilə əvəz edib, oyun oynamaq istəyirdi. Amma mahiyyət dəyişmir və dəyişməyəcək.

Mahiyyət odur ki, münaqişənin iki tərəfi var - Ermənistan və Azərbaycan. Vyana görüşü də bir daha göstərdi ki, artıq bu söz oyununa əhəmiyyət verilmir. Görüş bir daha onu göstərdi ki, həqiqət, üstünlük bizim tərəfimizdədir.

Yəni, danışıqlar formatı dəyişdirilə biməz, eyni zamanda, danışıqlar prosesi davam etdirilməlidir.

Bu, bir daha Azərbaycan Ermənistan üzərində diplomatik-siyasi qələbəsini nümayiş etdirdi”.

Politoloq həm də belə hesab edir ki, proseslərin sonrakı mərhələsi Ermənistanın və Paşinyanın hansı mövqe sərgiləyəcəyindən asılı olacaq:

“Əgər yenidən qeyri-konstruktiv mövqe nümayişi, söz oyunları davam etdirilərsə, danışıqlar prosesinə əngəllər törədilərsə, bu, kövrək danışıqlara, onsuz da kövrək olan atəşkəs rejiminə çox ciddi zərbə ola və hadisələr ən mürəkkəb ssenari üzrə inkişaf edə bilər.

O zaman təbii ki, bunun bütün məsuliyyəti də Ermənistanın üzərində qalacaq, ATƏT-in Minsk qrupunun üzərinə düşəcək.

Beynəlxalq ictimaiyyətin üzərinə düşəcək ki, Ermənistanın  məsuliyyətsiz davranışına, söz oyunlarına yenə ciddi reaksiya vermədi.

Amma mənə elə gəlir ki, indiki halda Paşinyan onun fərqində olmalıdır ki, əgər o da təxribatçı yolu seçərsə, o da hərbi cani Sarqsyanın yolunu davam etdirərsə, o zamana bu dalana dirənmək olacaq.

Onda bir gün Paşinyan da Sarqsyanın aqibətini yaşamalı olacaq. Hər halda buna Paşinyan özü qərar verməlidir və verməli olacaq, hər şeyi yaxın gələcək göstərəcək”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri