Apr
2019
21:15
32
312
1943
Virtual karabakh

Komitə sədri prezidentin son bir ildəki islahatlar və multikulturalizm siyasətindən danışdı

4 Apr, 2019
21:15
1943

Komitə sədri prezidentin son bir ildəki islahatlar və multikulturalizm siyasətindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.

Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır.

Son zamanlar, xüsusilə də, 2018-ci ilin 11 aprel seçkilərindən sonra prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir.

Oxu.Az xəbər verir ki, bunu YAP icra katibinin müavini,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlı deyib.

O, qeyd edib ki, bütün bu tədbirlər uzunmüddətli islahatlar paketinin tərkib hissəsidir.
 “Həmçinin, Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur, ölkədə sabitlik və inkişaf hökm sürür. Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir.

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib. 

Həmçinin, multikulturalizmin Azərbaycan təcrübəsi dünyada mütərəqqi nümunə kimi qəbul edilir. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub.

Biz bu gün də bu reallığın şahidi oluruq. Bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş dairələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu inkar edə bilmirlər, ölkəmizin tolerantlıq nümunəsi olduğunu diqqətə çatdırırlar.

Ölkədə multikultural mühitin qorunması və inkişafı yönündə ardıcıl, məqsədyönlü addımların atılması, xüsusilə, prezident İlham Əliyevin multikulturalizmi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirməsi reallıqdır.

Bir sözlə, multikulturalizm mərkəzlərindən birinə çevrilən Azərbaycan dünyaya mütərəqqi dəyərlər təqdim edir, qlobal əhəmiyyətli təşəbbüsləri ilə sivilizasiyalararası dialoqa mühüm töhfələr verir.

Bütövlükdə isə bu reallıqları görən ölkə vətəndaşları prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlət başçısına, onun siyasətinə böyük inamını ifadə edirlər”-deyə, M. Qurbanlı sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri